Paşha Bank
Bank Of Baku

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
# 25 oktyabr 2026 00:06 (UTC +04:00)

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ortaq problemləri müzakirə etmək üçün bir araya gətirib".

APA xəbər verir ki, bu barədə “Euronews”un mövzu ilə bağlı hazırladığı materialda deyilir.

Materialda müzakirələrdə təşkilatın rolunun gücləndirilməsinə və dialoqun praktiki addımlara çevrilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

“Otuz ildən artıqdır ki, AQEM müxtəlif siyasi və iqtisadi prioritetləri olan ölkələr arasında dialoq platforması rolunu oynayır. Hazırda təşkilatın 28 üzvü regional təhlükəsizlik, iqtisadi inkişaf və yeni çağırışlarla bağlı əməkdaşlığın gücləndirilməsi yollarını araşdırır. 2024-cü ildə Azərbaycanın sədrliyə başlamasından sonra müzakirələr təşkilatın institusional strukturunun möhkəmləndirilməsinə və əməkdaşlığın daha praktik xarakter almasına yönəlib. Miqrasiya, iqlim dəyişikliyi və süni intellektlə yanaşı, maliyyə, təhsil və biznes məsələləri də gündəmə gətirilib”, - materialda deyilir.

Materialda həmçinin bildirilir ki, AQEM yeni mərhələyə qədəm qoyarkən əsas diqqət üzv dövlətlərin müzakirələri uzunmüddətli və səmərəli əməkdaşlığa necə çevirə biləcəyinə yönəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR