Bakı. Real Cəfərli - APA. Ötən gün İranda Fars körfəzində başlamış üçgünlük hərbi manevr çərçivəsində bir sıra yerli hərbi-sənaye məhsulları sınaqdan keçirilib. APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, «Vilayət Səması Fədailəri-4» adlanan təlimdə yalnız İran Hərbi Hava Qüvvələri iştirak edir. Manevrə onlarla «F-14», «F-5», «Soho-24» və «Soho-25», habelə «Miraj» qırıcı təyyarələri, bombardman, ağır və yarı ağır yüklü, yanacaq, kəşfiyyat və pilotsuz təyyarələr qatılıb.
Təlim çərçivəsində hərbi təyyarələr yanacaq almadan uzaq mənzilli uçuşlar həyata keçirərək havadan havaya, havadan dənizə və havadan quruya nöqtələrə atəş açaraq hədəfləri məhv ediblər. Eyni zamanda, manevrdə havadan yerdəki hədəfləri vurmaq qabiliyyətinə malik və yerli istehsal olan yeni bombalar və raketlər müvəffəqiyyətlə sınaqdan keçirilib. Bundan əlavə, savaş, radar və elektron sistemləri təkmilləşdirilmiş «Saiqə» qırıcı təyyarəsinin sınağı uğurlu olub.
İran hərbi manevrdə bir sıra təyyarələrini sınaqdan keçirib - FOTO
21 dekabr 2013 15:04 (UTC +04:00)
Asiya
KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb
06:48
29 may 2024
İstanbulun üç körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO - VİDEO
23:01
28 may 2024
İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb
15:27
28 may 2024
Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
10:08
28 may 2024