Azərbaycanda elektrik enerjisi istehsalında artım qeydə alınıb

Azərbaycanda elektrik enerjisi istehsalında artım qeydə alınıb
# 25 noyabr 2013 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 1 412,5 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu sahədə 0,9% artım əldə olunub.

Ölkədə 16,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub, onun 7,2%-i su elektrik stansiyaları, 92,8%-i isə istilik elektrik stansiyalarının payına düşüb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 11,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR