MSK sədrinin və seçki komissiyaları üzvlərinin maaşları artırılıb

MSK sədrinin və seçki komissiyaları üzvlərinin maaşları artırılıb
# 14 yanvar 2014 08:43 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyi tərəfindən MSK sədrinin, sədr müavinlərinin, katiblərinin, üzvlərinin, o cümlədən dairə seçki komissiyası sədrlərinin və katiblərinin maaşları müvafiq olaraq artırılıb.

MSK sədrinin maaşı 1655 manatdan 1855 manata, üzvlərin maaşları 1000 manatdan 1160 manata (vergilər tutulduqdan sonra), MSK katiblərinin maaşları müvafiq olaraq 1275 manata, DSK sədrinin maaşı 720 manata, DSK katiblərinin maaşları isə 500 manata qaldırılıb. Bütün artımlar 2013-cü il dekabrın 1-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR