Ermənistanda 300 nəfər fəhlə prezident Serj Sarkisyandan 15 ayın maaşını tələb edir - FOTO

Ermənistanda 300 nəfər fəhlə prezident Serj Sarkisyandan 15 ayın maaşını tələb edir - <span style="color: red;">FOTO
# 12 fevral 2014 14:54 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar 15 ay ərzində yığılıb qalmış əmək haqlarının ödənilməsini tələb edir.

Qeyd edək ki, bundan öncə zavodun əməkdaşları Nazirlər Kabineti binası önündə aksiya keçiriblər. Onlar baş nazir Tiqran Sarkisyanla görüşmək istəsələr də, buna nail ola bilməyib.

Etirazçıların qarşısına çıxan Nazirlər Kabinetinin idarələrinin birinin rəisi onlara energetika naziri ilə görüşməyi məsləhət görüb. Lakin bundan qəzəblənən zavod əməkdaşları “Baş nazir çıx, Tiqran Sarkisyan cavab ver” deyə qışqırmağa başlayıblar.

Onlar həmçinin müddətsiz tətil elan edərək lazım olacağı təqdirdə, açlığa başlayacaqlarını da vəd ediblər.

Etirazçıların Nazirlər Kabineti önündə energetika və təbii sərvətlər naziri Armen Movsiyanla görüşü nəticəsiz qaldığından aksiyanın prezident administrasiyası binası önündə davam etdirmək qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR