Allahşükür Paşazadə: “Xarici qüvvələrin dəstəyi ilə gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşüb ölənlər şəhid deyil”

Allahşükür Paşazadə: “Xarici qüvvələrin dəstəyi ilə gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşüb ölənlər şəhid deyil”
# 18 fevral 2014 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı tədbirdə deyib. O bildirib ki, bu gün Azərbaycanda şəhidlik adına, şəhidlik ideologiyasına xələl gətirənlər var: “Şəhid vətənində öz torpağı uğrunda, haqqı uğrunda şəhid olandır. Amma bu gün konkret xarici qüvvələr var ki, onların dəstəyi ilə insanlarımız bu müqəddəs ideyadan yayınırlar. Əsl şəhidliyi gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşməklə, ölməklə səhv salırlar. Lakin onlar bilsinlər ki, istəklərinə nail olmayacaqlar. Bunun qarşısını alacağıq!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR