İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ictimai müzakirəyə çıxarılacaq

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ictimai müzakirəyə çıxarılacaq
# 04 aprel 2014 10:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə dinlənilərək qəbul olunan İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ictimai müzakirəyə çıxarılacaq. APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. Təklif spiker Oqtay Əsədov tərəfindən dəstəklənib və bununla bağlı daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazov müraciət olunub. V. Eyvazov təklifi qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR