Bakıda şantaj yolu ilə həmyerlilərindən pul alan şəxslər tutulub

Bakıda şantaj yolu ilə həmyerlilərindən pul alan şəxslər tutulub
# 01 avqust 2013 11:47 (UTC +04:00)

Bakı-APA. Bakıda şantaj yolu ilə həmyerlilərindən pul alan şəxslər tutulublar.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci PB-yə ərizə ilə müraciət edərək həyat yoldaşı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR