Azərbaycanda 30 yaşlı kişi itkin düşüb - FOTO

Azərbaycanda 30 yaşlı kişi itkin düşüb  - <span style="color: red;">FOTO
# 15 noyabr 2013 09:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 30 yaşlı kişi itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Rüstəm Malik oğlu Həsənov bu il avqustun 20-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 70 santimetr, orta köklükdə, ağbənizlidir, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində tünd qəhvəyi rəngli idman koftası, göy rəngli cins şalvar, ayağında qara ayaqqabı olub.

Daxil olan məlumatlara əsasən, Rüstəm Həsənov Bakı şəhərindədir. Onu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda (050) 318-22-17 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR