Sabirabadda iki avtomobil toqquşub - VİDEO

Sabirabadda iki avtomobil toqquşub - <span style="color: red;">VİDEO
# 11 mart 2014 13:11 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 13.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 25-ci kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Saatlı rayon Smada kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Vahiddin Ələddin oğlunun idarə etdiyi “NAZ Lifan” markalı, 49 BE 885 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn İmişli rayonu Boşçalar kənd sakini, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlunun idarə etdiyi “Mercedes 190E” markalı, 10 TV 458 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində sürücülər yüngül xəsarət alsalar da, avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Qəzaya “NAZ Lifan” markalı avtomobilin qarşı tərəfə çıxması səbəb olub. “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşduqdan sonra yolda olan dəmir səddə çırpılaraq dayanıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR