Azərbaycan sülhməramlılarının Əfqanıstanda qalacağı dəqiqləşib - VİDEO

Azərbaycan sülhməramlılarının Əfqanıstanda qalacağı dəqiqləşib - <span style="color: red;">VİDEO
# 23 yanvar 2014 08:25 (UTC +04:00)

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın 94 sülhməramlısı Əfqanıstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus taborun nəzdində fəaliyyətini davam etdirəcək.

Azərbaycan sülhməramlıları Əfqanıstanda teleqüllənin və içməli su anbarının mühafizəsini həyata keçirəcək.

Z. Oruc bildirib ki, Brüsseldə keçirilən son Azərbaycan-NATO yüksək səviyyəli görüşündə bu məsələ bir daha müzakirə olunub və Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini davam etdirməsi hər iki tərəfdən təsdiqlənib.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bu ildən Əfqanıstanı tərk etməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR