Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub - FOTO

Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 10:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub. Uçuş və mühəndis-texniki heyətlə görüşən nazir şəxsi heyətin peşəkarlığının daim artırılması, onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsilə əlaqədar tələbləri diqqətə çatdırıb.

Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, hazırda həyata keçirilən və planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR