Ukrayna vətəndaşı Bakıda yol qəzasında ölüb

Ukrayna vətəndaşı Bakıda yol qəzasında ölüb
# 18 sentyabr 2013 12:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda Ukrayna vətəndaşını maşın vurub. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 17-də saat 21.00 radələrində Buzovna qəsəbəsinin ərazisində qeydə alınıb. İlkin Bədəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ukrayna vətəndaşı Valentina Zeynalovanı vurub.

Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən V.Zeynalova orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR