Qubada 66 yaşlı piyadanı maşın vurub - VİDEO

Qubada 66 yaşlı piyadanı maşın vurub - <span style="color: red;">VİDEO
# 17 noyabr 2013 18:08 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün axşam saatlarında Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1947-ci il təvəllüdlü Quba şəhər sakini Nizamova Solmaz Həbibulla qızı “Vaz 2107” markalı maşın tərəfində vurulub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR