AMEA-nın vitse-prezidentlərinin səlahiyyət bölgüsü açıqlanıb

AMEA-nın vitse-prezidentlərinin səlahiyyət bölgüsü açıqlanıb
# 29 aprel 2013 14:03 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 24-də təyin olunan vitse-prezidentlərinin səlahiyyət bölgüsü açıqlanıb. AMEA-nın vitse-prezidenti Akif Hacıyev APA-ya açıqlamasında deyib ki, bölgüyə əsasən, fizika, riyaziyyat və texnika elmləri onun kurasiyasında olacaq. Bundan əlavə AMEA bölmələrinin qarşılıqlı əlaqələrinə də Akif Hacıyev nəzarət edəcək.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev geologiya və yer elmlərinə, İsa Həbibbəyli humanitar və ictimai elmlərə, Tofiq Nağıyev isə kimya elmlərinə nəzarət edəcək. Biologiya və aqrar elmlərə isə AMEA prezidenti Akif Əlizadə tərəfindən nəzarət həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR