Nazir: “Türkiyə sosial müdafiə sahəsindəki təcrübəsini İslam ölkələri ilə paylaşa bilər”

Nazir: “Türkiyə sosial müdafiə sahəsindəki təcrübəsini İslam ölkələri ilə paylaşa bilər”
# 25 aprel 2013 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Türkiyə əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu təcrübələr əldə edib və bunu Azərbaycan, o cümlədən İslam ölkələri ilə paylaşmağa hazırdır.

APA-nın xəbərinə görə, bunu Türkiyənin əmək və sosial müdafiəsi naziri Faruk Çelik Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclasında çıxışı zamanı deyib.

Türkiyənin iqtisadi sahələrdə atdığı addımlardan danışan nazir bildirib ki, 2012-ci ildə ölkədə 1 milyon 300 min insan işlə təmin olunub. Onun sözlərinə görə, bunun nəticəsində də ölkədə 2009-cu ildə işsizliyin səviyyəsi 14% olduğu halda 2012-ci ildə bu rəqəmlər 9,2%-ə düşüb: “2012-ci ildə Türkiyə sosial yardımlar üçün 12 milyard dollar xərcləyib. Müsəlman və ehtiyacı olan ölkələrə Türkiyə tərəfindən 2, 5 milyard dollar rəsmi yardımlar göndərilib. Bütün bu görülən işlər nəticəsində Türkiyə iqtisadiyyatını dünyada 16-cı, Avropada isə 6-cı yerə kimi qaldıra bildik”.


F.Çelik onu da qeyd edib ki, Türkiyənin Milli İşəgötürmə Strategiyasında əsas məqsəd gələcək 10 ildə işsizlik səviyyəsini 5%-ə çatdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR