DİN “Neftçi” komandasının futbolçusunun törətdiyi yol qəzası barədə məlumat yayıb

DİN “Neftçi” komandasının futbolçusunun törətdiyi yol qəzası barədə məlumat yayıb
# 29 mart 2013 10:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Daxili İşlər Nazirliyi (DİN) “Neftçi” komandasının futbolçusu Araz Abdullayevin dünən Bakıda törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 13.50 radələrində Xətai rayonunun Nobel prospektində Oğuz rayon sakini Araz Abdullayev idarə etdiyi "Nissan-350Z" markalı avtomaşınla yolu keçən Biləsuvar rayon sakinləri Gülsabah Nuriyevanı və Zəminə Hüseynovanı vurub. Nəticədə Z. Hüseynova hadisə yerində ölüb, xəsarət alan G. Nuriyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR