Rumıniya Türk İş Adamları Dərnəyi ARDNŞ ilə əməkdaşlıqda maraqlıdır

Rumıniya Türk İş Adamları Dərnəyi ARDNŞ ilə əməkdaşlıqda maraqlıdır
# 04 aprel 2013 14:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyadakı nümayəndəliyində Rumıniya Türk İş Adamları Dərnəyinin (TİAD) yeni seçilmiş sədri Aykut Akbulutla görüş keçirilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ-in Azərbaycanda, regionda, eləcə də Türkiyədə həyata keçirdiyi investisiya layihələri haqqında dərnək üzvlərinə məlumat verilib.


Türk İş Adamları Dərnəyinin sədri A.Akbulut rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, TİAD 1993-cü ildə Rumıniyada fəaliyyət göstərən 27 türk iş adamının təşəbbüsü ilə yaradılıb. Elektrik avadanlıqları, nəqliyyat, maşınqayırma, sənaye, kimya, bankçılıq, turizm, tikinti və digər sahələrdə çalışan 127 şirkəti özündə birləşdirən dərnək Türkiyə və Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verir. TİAD sədri ARDNŞ-in Rumıniyadakı nümayəndəliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.


Qeyd olunub ki, Türkiyənin Rumıniyaya yatırdığı sərmayələrin 96%-i məhz TİAD-ın payına düşür. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 6,5 mlrd. ABŞ dolları təşkil edib. Türkiyə Rumıniyada sərmayə qoyuluşuna görə 3-cü, ixrac bazarına görə isə 4-cü ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR