Almaniyada türk dilinə maraq artır

Almaniyada türk dilinə maraq artır
# 31 yanvar 2013 08:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Almaniyada türk dilini öyrənən almanların sayı artmaqdadır. APA-nın xəbərinə görə, statistikaya əsasən ötən il ölkədə türk dilini öyrənənlərin sayı 40%-dən 50%-ə qədər artıb. Berlin və Hamburq universitetləri 2009-cu ildən bəri türk dilini öyrənənlərin sayının iki dəfə artdığını açıqlayıblar. Münhendəki Lüdviq Maksimilian Universitetində isə türk dili kursları iştirakçılarının sayı 3 dəfə artıb.

Türk dilinə marağın əsas səbəblərindən biri Türkiyənin iqtisadi inkişafıdır. Bunun nəticəsində yazılı mətnlərin türk dilinə tərcüməsinə olan ehtiyac artıb. Bundan başqa, iki ölkə arasında biznes əlaqələri də intensiv şəkildə güclənir və nəticədə iki dili də bilən mütəxəssislərə ciddi ehtiyac yaranır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR