London Kraliçasının Simfonik Orkestri Qəbələdə konsert verəcək

London Kraliçasının Simfonik Orkestri Qəbələdə konsert verəcək
# 10 iyul 2012 11:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. London Kraliçasının Simfonik Orkestri Azərbaycanda konsert verəcək. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək bu orkestrin konserti Qəbələdə keçiriləcək IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq: “Bu çərçivədə ilk tədbir isə Müslüm Maqomayevin adı ilə bağlı olacaq. İyunun 24-də Müslüm Maqomayevin yubiley tədbirlərinə Qəbələdə start veriləcək. Müslüm Maqomayevin 70 illik yubileyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb və bu yubiley silsilə tədbirlərlə qeyd olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR