“Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı: “İsrail İrana hərbi müdaxilə edərsə, onu yer üzündən silərik”
02 iyul 2012 06:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail İrana hərbi müdaxilə edərsə, bu ölkəni yer üzündən silərik”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general-mayor Əmirəli Hacızadə deyib.
Ə. Hacızadənin sözlərinə görə, İsrailin gücü İranla müqayisə oluna bilməz: “İsrail İrana hücum edəcək gücdə olsaydı, bir an belə dayanmazdı. Onlar Livandakı “Hizbullah” kimi kiçik bir təşkilata məğlub oldular, İrana necə hücum edə bilərlər?”
Ə. Hacızadə deyib ki, İsrail ABŞ-ın yardımı olmadan bir işə cəhd göstərə bilməz: “Bu gün bölgədəki bütün ABŞ hərbi bazaları hücum hədəfimizdir. Ona görə də ABŞ belə bir yükün altına girməz. Bu məsələ ilə bağlı İsrailə də dəfələrlə xəbərdarlıq etmişik. Bu baxımdan onların İrana hücum etməyə cəsarəti çatmaz”.

Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024