Səbinə Babayeva: “Mənim üçün Azərbaycanı Azərbaycanda təmsil etmək daha böyük məsuliyyətdir”

Səbinə Babayeva: “Mənim üçün Azərbaycanı Azərbaycanda təmsil etmək daha böyük məsuliyyətdir”
# 15 fevral 2012 12:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Mənim üçün Azərbaycanı Azərbaycanda təmsil etmək daha böyük məsuliyyətdir. Özümə güvənirəm və inanıram. Özümdə bol enerji hiss edirəm”. APA-nın məlumatına görə, bunu eurovision.az saytına açıqlamasında Azərbaycanın “Eurovision -2012” təmsilçisi Səbinə Babayeva deyib. O bildirib ki, təmsilçi adını bir neçə gündür qazanmasına baxmayaraq hələ də, eyni həyəcanı yaşayır: “Mən bu məsuliyyətə hazıram. Ölkəmizi layiqincə təmsil edəcəyimə inanıram, niyə də yox?! Hər zaman bilirdim ki, bunu gözəl səviyyədə edə bilərəm”.
Dörd dəfə milli seçim turlarına qatılan Səbinə Babayeva heç vaxt ruhdan düşmədiyini və Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil etməyin ən böyük arzusu olduğundan danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR