“Eurovision 2012» mahnı müsabiqəsini işıqlandıracaq yerli media mənsubları akkreditə vəsiqələrini sabah alacaqlar
10 may 2012 15:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision 2012» mahnı müsabiqəsini işıqlandırmaq üçün akkreditasiyadan keçmiş yerli media nümayəndələri və fanatlar vəsiqələrini mayın 11-də saat 11.00-dan 18.00-dək ala bilərlər. «Eurovision 2012»nin İşçi Qrupundan APA-ya verilən məlumata görə, vəsiqələr Dövlət Bayrağı Meydanı ərazisindəki Akkreditasiya Mərkəzində şəxsiyyəti təsdiqləyən sənəd (şəxsiyyət vəsiqəsi) əsasında veriləcək. Eurovision.tv saytında akkreditasiyadan keçməsinə dair təsdiq alan yerli media nümayəndələri və fanatların mayın 11-də şəxsiyyəti təsdiqləyən sənədlə Akkreditasiya Mərkəzinə müraciət etmələri xahiş olunur. Akkreditasiya vəsiqələri «Eurovision 2012»də media nümayəndəsi kimi fəaliyyət göstərməyə əsas verən sənəddir.
Qeyd edək ki, Avropa Yayımları Birliyinin (EBU) qaydalarına əsasən, pressa akkreditasiyası ilə «Eurovision» mahnı müsabiqəsinin əsas məşqləri və canlı konsertlərində (21, 23, 25 may əsas məşqlər, 22, 24, 26 may canlı şou konsertləri) iştirak və çəkiliş etmək qadağandır.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024