Bakıda Cavanşir körpüsünün təmirinə başlanılıb

Bakıda Cavanşir körpüsünün təmirinə başlanılıb
# 09 oktyabr 2012 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərində dəmir yolu üzərində yerləşən Cavanşir yol ötürücüsünün (keçmiş Qaqarin körpüsü) təmirinə başlanılıb.

«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı rəsmi xəbərə əsasən verdiyi məlumata görə, 1962-ci ildə inşa olunan yol ötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Uzun müddət istismarda olan 12 aşırımlı yol ötürücüsünün ümumi uzunluğu 203 metr, eni isə 17 metr təşkil edir. Hazırda dayaqların və rigellərin gücləndirilməsi işləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR