Rusiya xarici işlər nazirinin müavini: “Bu gün Rusiya “Eurovision-2012”nin təsiri altındadır” - FOTOSESSİYA

Rusiya xarici işlər nazirinin müavini: “Bu gün Rusiya “Eurovision-2012”nin təsiri altındadır” - <font color=red>FOTOSESSİYA</font>
# 29 may 2012 07:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunan tədbir paytaxtın “Avropa” sarayında baş tutub. Min nəfərdən artıq qonağın qatıldığı tədbirdə 40-a yaxın xarici ölkənin Moskvada akkreditə olmuş səfirləri, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, Dövlət Dumasının deputatları, universitet rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təntənəli qəbula gələn qonaqları salamlayaraq, onlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkürünü bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışan səfir islam Şərqində ilk demokratik respublikanın Azərbaycan Demokratik Respublikası olduğunu söyləyib. Diplomat Azərbaycanın müstəqillik tarixi, onun suveren dövlət kimi inkişafı, regiondakı mövqeyi, durmadan artan beynəlxalq nüfuzu barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu beynəlxalq musiqi müsabiqəsi olan “Eurovision”un Bakıda yüksək səviyyədə təşkil olunduğunu da xatırladıb. Rusiya prezidenti Vladimir Putinin 28 May - Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik etdiyini diqqətə çatdıran səfir, Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Daha sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış edərək bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Nazir müavini Azərbaycan-Rusiya dostluq münasibətlərindən danışıb: “Dost Azərbaycanın milli bayramı artıq Rusiya həyatının ənənəsinə çevrilib. Bu gün Rusiya “Eurovision-2012”nin təsiri altındadır. Azərrbaycan gözlənildiyi kimi, bütün Avropa qitəsi üçün böyük bayram təşkil etdi və bir daha öz parlaq bacarığını bütün dünyaya göstərdi. Biz ruslar üçün bu müsabiqə “Buranovskie babuşki” qrupunun uğurlu çıxışı ilə yadda qalacaq”.

Q. Karasin Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq tellərinin bağladığını söyləyib: “Bu gün ölkələrimiz arasındakı strateji tərəfdaşlığın səviyyəsi yüksəkdir. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Biz hər zaman qardaş Azərbaycanın uğurlarına sevinirik”.

Daha sonra Polad Bülbüloğlu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Rusiyadakı Azərbaycan diasporunun üzvlərinə fəxri adların verildiyini söyləyib. Beynəlxalq Hüquqşünaslar Assosiyasının vitse-prezidenti Ələsgər Tağıyev “Əməkdar hüquqşünas”, professor Yevgeni Gertman “Əməkdar elm xadimi”, 157 nömrəli məktəbdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Qorxmaz Axundov və “Taqanka Teatrı”nın aktyoru, Rusiyannın əməkdar artisti Teymur Bədəlbəyli “Əməkdar artist” fəxri adları ilə təltif olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR