Bakıda baş vermiş yol qəzasında ana ölüb, qızı isə yaralanıb

Bakıda baş vermiş yol qəzasında ana ölüb, qızı isə yaralanıb
# 18 iyun 2012 09:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 17-i saat 00:45 radələrində Maştağa-Zabrat yolunda Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi «Mitsubishi» markalı avtomobillə Pəri Ələkbərovanı və onun qızı Firuzə Vəliyevanı vurub. Onlar 3 saylı xəstəxanaya yerləşdirilib, P. Ələkbərova aldığı xəsarətlər nəticəsində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR