Bakıda Avstriyanın Milli Gününə həsr olunmuş tədbir keçirilib

Bakıda Avstriyanın Milli Gününə həsr olunmuş tədbir keçirilib
# 24 oktyabr 2012 20:09 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Avstriyanın Azərbaycandakı səfirliyi Bakıda Avstriyanın Milli Gününə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Avstriyanın Bakıdakı səfiri Silviya Mayer-Kaybiç, həmçinin Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov iştirak ediblər.

Bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunduğunu bildirən səfir Silviya Mayer-Kaybiç tədbirdəki çıxışında ölkələr arasında ticarət-iqtisadi münasibətlərin inkişafını və dərinləşdiyini vurğulayıb.

Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov səfiri və Avstriya xalqını prezident İlham Əliyevin adından təbrik edib. Nazir iki ölkə arasında səmimi dostluq münasibətlərinin olduğunu vurğulayaraq, qarşılıqla əlaqələrin getdikcə daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR