Dövlət Baytarlıq Xidməti Gürcüstanın analoji qurumundan bu ölkədə qarayara xəstəliyinin yayılması ilə bağlı məlumat istəyib

Dövlət Baytarlıq Xidməti Gürcüstanın analoji qurumundan bu ölkədə qarayara xəstəliyinin yayılması ilə bağlı məlumat istəyib
# 13 iyun 2012 11:34 (UTC +04:00)
“Bu günə qədər Azərbaycanda qarayara xəstəliyinə görə vəziyyət sabitdir”

Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gürcüstanın Dövlət Baytarlıq Xidmətinə bu ölkədə yayılan qarayara xəstəliyi ilə bağlı Azərbaycan tərəfinə məlumat verməsi üçün müraciət edib. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Azərbaycanda Gürcüstandan gətirilən ət məhsuullarına qadağa qoyulması ilə bağlı hələlik qərar qəbul edilməyib: “Bu ölkədə yayılan qarayara xəstəliyi ilə bağlı biz KİV-dən məlumat almışıq. Ona görə də Gürcüstana bu məlumatları almaq üçün müraciət edilib. Qarayara xəstəliyi uzun illər, hətta 70-100 ilə qədər torpaqda yaşaya bilir. Ola bilsin ki, bu xəsətlik ya torpaqdan, ya da ət məhsullarından insanlara keçib. Amma buna baxmayaraq Gürcüstandan gətirilən bütün məhsullara ciddi nəzarət edilir. Gürcüstandan ət məhsulları almırırq. Yalnız xeyli müddət əvvəl diri formada heyvanlar almışdıq. Onlar 21 gün karantində saxlanılıb və bu müddət bitikdən sonra vaksinasiya aparılıb. Rusiya və Almaniyadan gətirilən heyvanlara qarşı da bu tədbirlər həyata keçirilir. Bundan sonra heyvanların ölkə daxilində hərəkətinə icazə verilir”.

Y. Xanvəli bildirib ki, Gürcüstandan ayrı-ayrı adamlar tərəfindən ət məhsullarının gətirilməsi halları ola bilər: “Dövlət Gömrük Komitəsinə Gürcüstanda olan vəziyyətlə əlaqədar xəbərdarlıq edilib. Xahiş etmişik ki, bu ölkədən Gürcüstandan kimlərsə ət keçirməsinlər. Eyni xəəbərdarlıq ticarət obyektlərinə də edilib. Ticarət obyektləri hansısa yollarla Gürcüstandan ət gətirə bilərlər. Ona görə də baytarlıq sertifikatı olmadan həmin ətlərin ticarət mərkəzlərinə buraxılması qadağandır. Bazarlarda baytarlıq nəzarəti edilən obyektlərdə hər bir heyvan cəmdəyi tam müayinə olunduqdan sonra satışına icazə verilməlidir”.

Y. Xanvəli xatırladıb ki, bu ilin 5 ayı ərzində Azərbaycanda 2 milyon 389 min 681 baş iribuynuzlu, 7 milyon 42 min 396 baş xırdabuynuzlu, 106 min 121 baş təkdırnaqlı heyvanda və 5 min 880 baş donuzda qarayara xəstəliyinə görə vaksinasiya aparılıb: “Bu günə qədər Azərbaycanda qarayara xəstəliyinə görə vəziyyət sabitdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR