Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilib
31 mart 2012 13:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyində (DİN) 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təklifi ilə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən nazir erməni millətçilərinin və onların havadarlarının iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, bu genosid siyasəti nəticəsində on minlərlə insanın qətlə yetirildiyini, soyqırımı barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov real faktlara, o cümlədən əcnəbi alimlərin və araşdırmaçı jurnalistlərin türk, müsəlman xalqlarına qarşı soyqırımı siyasətindən bəhs edən kitablarda əksini tapmış gerçək sübutlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış edib.
Tədbirə yekun vuran Ramil Usubov Azərbaycan vətəndaşlarının gələcəyə inamla baxmasını, gənc dövlətimizin və möhtərəm ölkə başçımızın yeritdiyi siyasətin sülhsevər, müdafiə xarakterli olduğunu, bizim heç bir ölkə və xalqla düşmənçilik etmədiyimizi diqqətə çatdırıb. Soyqırımı barədə həqiqətlərin, faktların ölkə və beynəlxalq ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasının əhəmiyyətini, erməni millətçiləri tərəfindən xalqımızın başına gətirilən müsibətlərin unudulmasının yolverilməzliyini və həmin hadisələrdən hər bir azərbaycanlının nəticə çıxarmasının vacibliyi vurğulanıb.

Hadisə
Ucarda qəza olub, xəsarət alan var
19:55
30 may 2024
"Tik-Tok"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb
19:19
30 may 2024
“2 milyon manatı baş nazir Səbuhi Məmmədova vermişəm" - Naxçıvan Arxitektura və Tikinti Komitəsinin sabiq rəisinin məhkəməsi
18:13
30 may 2024
Şabranda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb
15:03
30 may 2024