Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşündə Bəyanat qəbul olunub
07 mart 2012 12:18 (UTC +04:00)
Naxçıvan. Rəşad Süleymanov – APA. Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşü başa çatıb. APA-nın Naxçıvana ezamolunmuş xüsusi müxbirinin məlumatına görə, regional əlaqələrin və layihələrin müzakirə olunduğu görüşün yekununda Naxçıvan Bəyanatı imzalanıb.
Bəyanatda qeyd olunub ki, nazirlər önəmli regional və beynəlxalq məsələlərdə müzakirələri davam etdirməyi dəstəkləyirlər: «Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini məmnuniyyətlə qarşılayırıq».
Sənəddə qeyd olunub ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulayır.
Sənəddə bildirilir ki, nazirlər üçtərəfli iqtisadi komitənin bu ilin may ayında Türkiyədə ticarət, sənaye və investisiya, iyunda Azərbaycanda nəqliyyat, sentyabrda İranda enerji, oktyabrda İranda Turizm və mədəniyyət alt komitələrinin toplantılarının keçirilməsini razılaşdırıblar. Toplantıların dəqiq tarixi görüşdən bir ay əvvəl müəyyənləşdiriləcək.
Tərəflər Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirmə imkanlarının mövcud olduğunu bəyan ediblər.
Tərəflər viza rejiminin sadələşdirilməsi məsələsini düşünəcəklər.
Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi imzalayıblar.

Xarici siyasət
Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib
22:20
24 may 2024
Spiker: “Azərbaycanla Gürcüstan arasında səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir” - FOTO
20:23
24 may 2024
Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib" - FOTO
20:04
24 may 2024
Ceyhun Bayramov Almaniya xarici işlər naziri ilə telefonla danışıb
19:56
24 may 2024