Əli Əkbər Salehi: ““Altılıq” ölkələri İranın xoş niyyətini yanlış anladı”
31 iyul 2012 13:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında müzakirələr yalnız qarşılıqlı anlayışla irəliləyə bilər”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, “altılıq” ölkələri ilə müzakirələr yaxşı başlasa da, qarşı tərəf İranın xoş niyyətini yanlış anlayıb və münasibətini dəyişib: “Bu səbəbdən də Moskva görüşündə heç bir irəliləyiş əldə edilmədi. İrəliləyişin şərti qarşılıqlı anlayışdır. İran həyata keçirdiyi nüvə proqramı ilə bağlı bəzi narahatlıqları qəbul etməli, əsası olmasa da, onların aradan qaldırılmasına çalışmalıdır. Amma qarşı tərəf də İranın nüvə haqqını tanımalıdır”.
Asiya
Türkiyədə çörək sexində atışma olub, ölən var
04:09
10 may 2024
Banqladeşdə qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb, pilot həlak olub
23:10
9 may 2024
Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”
21:19
8 may 2024
Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB
17:03
8 may 2024