Sumqayıtda Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib – FOTO

Sumqayıtda Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib – <font color=red>FOTO </font>
# 26 oktyabr 2012 16:08 (UTC +04:00)
Bakı-APA. Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib. SDU-dan APA-ya verilən məlumata görə, universitet əməkdaşları hər il olduğu kimi bu il də şəhidlər - Əhmədov Fuad Sədrəddin oğlunun, Mehdiyev Mehdi Vəzir oğlunun və Adıyev Həmzə Qardaşxan oğlunun ailəsinə baş çəkərək, ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Görüş zamanı universitetin gənclər təşkilatının nümayəndələri vətən övladlarının keçdiyi şəhidlik məktəbini özlərinə örnək aldıqlarını bildiriblər. Sonda şəhid ailələrinin üzvləri, dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətə görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR