Əfqanıstan informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın təcrübəsindən yararlanacaq

Əfqanıstan informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın təcrübəsindən yararlanacaq
# 16 iyun 2012 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlərdən danışıb və bildirib ki, qısa zaman ərzində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb.

Qonaq isə deyib ki, Əfqanıstan Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətindədir: «Əfqanıstan hökuməti məmurların kompüter biliklərinin artırılması üçün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır».

İ. Məmmədov qeyd edib ki, Azərbaycan kadrların hazırlanmasında uzunmüddətli və qısamüddətli kursların keçirilməsini təşkil edə bilər. Bundan başqa, Azərbaycan şirkətləri proqram məhsulları ilə, eləcə də ölkədə istehsal olunan kompüter avadanlıqları ilə Əfqanıstana kömək etməyə hazırdır.

Sonda Seyid Zabiullah Savayz Azərbaycanın sektor üzrə böyük nailiyyətlər əldə etdiyini bildirərək təklifləri ümumiləşdirərək Əfqanıstan hökumətinə təqdim edəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR