Şamaxıda “Niva” aşıb, sürücü ölüb

Şamaxıda “Niva” aşıb, sürücü ölüb
# 15 aprel 2012 20:17 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə aprelin 14-də saat 22:30 radələrində Şamaxı-Dədəgünəş yolunun 20-ci kilometrliyində qeydə alınıb.

Şamaxı sakini, 1953-cü il təvəllüdlü Xıdır Məmmədov 90 KG 388 dövlət nömrə nişanlı, “Niva” markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR