Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb
# 15 may 2012 14:11 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-dək 263,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 22,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18,1 min hektar sahədə dən üçün qarğıdalı, 56,1 min hektar sahədə kartof, 51 min hektar sahədə tərəvəz, 23,7 min hektar sahədə pambıq çiyidi, 18,7 min hektar sahədə bostan bitkiləri, 3,3 min hektar sahədə şəkər çuğunduru, 6,2 min hektar sahədə dən üçün günəbaxan və 807 hektar sahədə tütün əkilib.

«Heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,5% artaraq 137,7 min tona, süd istehsalı 4% artaraq 527,4 min tona, yumurta istehsalı 11,9% artaraq 384,6 mln. ədədə çatıb, ötən ildəkindən 26,3% çox və ya 1 866 ton yun qırxılıb», - deyə Komitədən bildirilib.

Bitkiçilik məhsullarından 36,4 min ton və ya 14% çox tərəvəz istehsal edilib. Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,5%, heyvandarlıq məhsulları istehsalı 4,3%, kənd təsərrüfatının ümumi məhsulu isə 4,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR