Leysan yağışları nəticəsində Göygöl rayonunda bəzi ərazilər yağış suları ilə dolub

Leysan yağışları nəticəsində Göygöl rayonunda bəzi ərazilər yağış suları ilə dolub
# 09 iyul 2012 09:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Fövqəladə Hallar Nazirliyi respublikada yağan leysan yağışları ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, son günlər respublika ərazisində hava şəraitinin dəyişməsi, bəzi şəhər və rayonlarda yağıntının düşməsi nəticəsində Göygöl rayonunda bəzi ərazilər yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin canlı qüvvəsi və texnikası həmin ərazilərin yağış sularından təmizlənməsinə cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR