Son 1 ildə Azərbaycanda əsas kapitala xarici sərmayələr 27% artıb

Son 1 ildə Azərbaycanda əsas kapitala xarici sərmayələr 27% artıb
# 13 avqust 2016 10:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 923,1 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 48,6 mln. manat və ya 27,1% çoxdur. Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 mlrd. 874,5 mln. manat vəsait yönəldilib.

Bu ilin 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 mlrd. 328,5 mln. manatı (87,9%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR