Bəzi ölkələrin nazirləri beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlir

Bəzi ölkələrin nazirləri beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlir
# 22 aprel 2016 16:58 (UTC +04:00)

Bakı – APA. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakı şəhərində keçiriləcək 7-ci Qlobal Forumunda Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin dini yardım və islam işləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin tolerantlıq naziri Şeyx Lubna Əl-Qassimi və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Qustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Qənim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Syerra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay iştirak edəcək.


APA-nın məlumatına görə, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 aprel tarixində Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR