Suriyada İŞİD silahlıları ilə döyüşdə üç türkiyəli hərbçi həlak olub, daha beşi yaralanıb - YENİLƏNİB

Suriyada İŞİD silahlıları ilə döyüşdə üç türkiyəli hərbçi həlak olub, daha beşi yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 sentyabr 2016 00:13 (UTC +04:00)

Bakı-APA. Suriyanın şimalında İŞİD silahlıları ilə döyüş zamanı Türkiyənin üç hərbçisi həlak olub, daha beşi isə yaralanıb. APA-nın “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, tank karvanı terrorçular tərəfindən raketlərlə atəşə tutulub, nəticədə iki hərbçi şəhid olub, daha beşi yaralanıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Məlumata görə, həmin hücum nəticəsində Türkiyə ordusu ilə birlikdə Carablus şəhərinin İŞİD-dən azadetmə əməliyyatında iştirak edən “Azad Suriya Ordusu”nun iki döyüşçüsü ölüb, daha ikisi isə yaralanıb.

***** 20.53

Bakı-APA. Suriyanın şimalında İŞİD silahlıları ilə döyüş zamanı Türkiyənin iki hərbçisi həlak olub, daha beşi isə yaralanıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, Suriyanın Carablus şəhəri yaxınlığında keçirilən “Ərəfat qalxanı” əməliyyatında iştirak edən Türkiyə ordusunun iki tankı İŞİD silahlılarının hücumuna məruz qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR