SOCAR prezidenti: "Bütün sosial öhdəlikləri yerinə yetirməyə çalışacağıq"

SOCAR prezidenti: "Bütün sosial öhdəlikləri yerinə yetirməyə çalışacağıq"
# 17 sentyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR bütün sosial öhdəlikləri yerinə yetirməyə çalışacaq".

APA-Economics”in məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsinə münasibət bildirərkən belə deyib.

R. Abdullayev 2016-cı ilin büdcəsini sosialyönlü və qənaətli büdcə adlandırıb: "Bilirsiniz ki, əvvəlki büdcədə neftin baza qiyməti 90 dollardan götürülüb, indi 50 dollardan hesablanıb. Bu, iki dəfə aşağıdır. Buna görə, neftdən əldə olunan gəlirlər də iki dəfə az olacaq. Düşünürəm ki, büdcəmiz həm də qənaətlidir. Çalışacağıq ki, bütün sosial öhdəlikləri yerinə yetirək. Biz təkcə neftin ucuzlaşdığı bir vaxtda yox, həmişə bu barədə düşünürük".

SOCAR prezidenti qeyd edib ki, onun rəhbərlik etdiyi şirkətdə 2014-cü ildə böyük islahatlar aparılıb ki, onlarda biri idarəetmə aparatının xərclərinin azaldılmasıdır: "Bu, imkan verdi ki, neftin belə qiyməti fonunda SOCAR normal şəkildə öz işini həyata keçirsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR