“Xəmsə” özbək dilində çap edilib

“Xəmsə” özbək dilində çap edilib
# 15 sentyabr 2016 14:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nəşr Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabın tərcüməçisi şair Olimcan Buriyevdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çap olunan kitab “İstiqlol nuri” nəşriyyatında çapdan çıxıb.

Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur.

Yeni nəşr Özbəkistanın elmi və tədris müəssisələrinə, kitabxanalara paylanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR