Cəlilabadda 42 yaşlı kişini əqrəb sancıb

Cəlilabadda 42 yaşlı kişini əqrəb sancıb
# 03 avqust 2016 09:41 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda daha bir əqrəbsancma hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam rayonun Suluçeşmə kəndində baş verib.

Kənd sakini, 42 yaşlı Eldar Bağırov su içmək üçün evdən həyətə çıxıb. Bu zaman əqrəb onun sağ ayağının pəncə nahiyəsindən sancıb. E. Bağırov ayağını sancan həşəratın əqrəb olduğuna əmin olmaq üçün onu özü ilə xəstəxanaya gətirib. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında zərərçəkmişə müvafiq tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub.

Hazırda E. Bağırovun vəziyyəti stabil olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR