Sabah parlamentə təkrar seçkilərdə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Sabah parlamentə təkrar seçkilərdə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
# 18 may 2016 15:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri təqdim edilməlidir.

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu müddət aprelin 29 -dan mayın 19-u saat 18.00-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR