Azərbaycan rusiyalı iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan rusiyalı iş adamını beynəlxalq axtarışa verib
# 07 dekabr 2015 09:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan rusiyalı iş adamını axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1965-ci il təvəllüdlü Tsindelyani Lento Sosoyeviç qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Lento Tsindelyani Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR