Manat funt və rubla nisbətən təxminən 2% ucuzlaşıb

Manat funt və rubla nisbətən təxminən 2% ucuzlaşıb
# 15 iyul 2016 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 14-ü ilə müqayisədə 0,03% artaraq 1,5581 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7335 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 2,06% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,667% artaraq 0,5407 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0917 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,19% möhkəmlənərək 0,6644 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR