Akif Əlizadə: “Elmlər Akademiyasının 1700 hektar torpaq sahəsi ermənilərin işğalı altındadır”

Akif Əlizadə: “Elmlər Akademiyasının 1700 hektar torpaq sahəsi ermənilərin işğalı altındadır”
# 29 aprel 2016 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan Milli Elmlər Akademiyasına məxsus torpaqların bir qismi zəbt olunmuşdu və prezident İlham Əliyevin dəstəyi ilə həmin torpaqlar qaytarılıb. Hazırda akademiyanın ümumilikdə 4 min hektar torpaq sahəsi var”.

APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə akademiyanın ümumi yığıncağında çıxışı zamanı deyib. O bildirib ki, 4 min hektar torpaqdan 1700 hektar torpaq sahəsi hazırda ermənilərin işğalı altındadır.

A. Əlizadənin sözlərinə görə, hazırda 2300-ə yaxın hektar torpaq akademiya tərəfindən istifadə edilir: “Akademiya öz qüvvəsi ilə həmin torpaq sahələrində xüsusi əkin sistemi yaradır və biz burada eksperiment həyata keçirmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR