Nabranda keçirilən reyddə 80 sürücü cəzalandırılıb

Nabranda keçirilən reyddə 80 sürücü cəzalandırılıb
# 19 iyul 2015 16:53 (UTC +04:00)

Xaçmaz. Vəli Turan- APA. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-nə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-i avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR