Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub
# 05 sentyabr 2015 08:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 26-da gecə saatlarında Bakı şəhər sakini Loğman Cəfərova məxsus meyvə-tərəvəz mağazasında 400 manat pulu quldurluq yolu talamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Allahverdi Nemət oğlu Nehmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR