Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 may 2015 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub. Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə müstəqilliyimizin nailiyyətləri ilə fəxr edir, bu nailiyyətləri gündən-günə artırır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, bu təşkilatlar vasitəsilə dünyada öz sözünü deyə bilir. Bütün bunların təməlində isə H. Əliyev dühası, onun uzaqgörənliyi və vətənini canından da artıq sevməsi dayanır.

H. Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi və tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra gördüyü işlərin miqyasının geniş olduğunu qeyd edən R. Həsənov Azərbaycanın az qala itirməkdə olan müstəqilliyini qoruyub saxladığını, ölkəni bürüyən özbaşınalıq və xaosun aradan qaldırıldığını, vətəndaş müharibəsinin qarşısının alınmasını, Azərbaycanın neft strategiyasının həyata keçirildiyini, bununla da dağılmış iqtisadiyyatın bərpa olunmasına başlandığını bunlara nümunə çəkib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinin inkişafının da Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayan komitə sədri qeyd edib ki, ulu öndərin təşəbbüsü ilə bu sahələrdə əsaslı inkişafa nail olmaq üçün 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında” və s. Qanunlar qəbul edilib. “Bu siyasəti uğurla davam və inkişaf etdirən prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Agentliyin bazasında Dövlət Komitəsi, az sonra 4 aprel 2012-ci il tarixində Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman verilərək qurumun tərkibində 3 Dövlət Xidməti yaradılıb”.

Sonra çıxış edən struktur bölmə rəhbərləri və gənc dövlət qulluqçuları Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, Azərbaycan xalqının H. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar, o cümlədən keyfiyyət infrastrukturunun yaradılması, sahibkarlara dövlət dəstəyi, beynəlxalq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, patent siyasətinin həyata keçirilməsi, istehlakçı hüquqlarının etibarlı qorunması və s. məsələlər ilə bağlı məruzələr ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR