Masazırda mənzildə köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib

Masazırda mənzildə köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib
# 15 dekabr 2014 22:24 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonu, Masazır qəsəbəsində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR